logo

Şəhriyar Məmmədyarov FIDE Qran-Prisinin ilk yarımfinal qarşılaşmanda heç-heçə etdi

23:55 30-03-2022 | icon 1659
Şəhriyar Məmmədyarov FIDE Qran-Prisinin ilk yarımfinal qarşılaşmanda heç-heçə etdi

Almaniyanın paytaxtı Berlində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin yarımfinal qarşılaşmaları keçirilib.

YeniAvropa xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu mərhələdə ABŞ təmsilçisi Hikaru Nakamura ilə ilk görüşünü heç-heçə ilə başa vurub. Yarımfinal mərhələsinin digər qarşılaşmasında ABŞ təmsilçisi Uesli So iranlı şahmatçı Amin Tabatabayini məğlub edib.

Yarışın əsasnaməsinə görə, yarımfinal və final iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq. Qran-Prinin nəticələrinə görə, yarış iştirakçıları reytinq xalları qazanacaqlar. Turnirə aprelin 4-də yekun vurulacaq.