logo

Slovakiya Qran-Prisinə 11 karateçimiz artıq 2 medal qazanıb

17:27 26-03-2022 | icon 2317
Slovakiya Qran-Prisinə 11 karateçimiz artıq 2 medal qazanıb

Slovakiyanın paytaxtı Bratislavada yeniyetmə, gənclər və böyüklər arasında 42-ci Qran-Pri turnirində Azərbaycan karateçiləri iki bürünc medal qazanıblar.

 YeniAvropa xəbər verir ki, yarışın birinci günündə komandamızın aktivinə ilk medalları qadınlar arasında mübarizə aparan İlahə Qasımova (55 kq) və 21 yaşadək qızların turnirində Xumar Əlibəyova (61 kq) yazdırıblar.

Qeyd edək ki, Azərbaycanı yarışda 11 idmançı təmsil edir.

İki gün davam edəcək Qran-Pri turnirinə 30 ölkədən 1975 karateçi qatılıb.