logo

Karateçilərimiz Slovakiyada Qran-Pri turnirində iştirak edəcəklər

14:14 25-03-2022 | icon 2541
Karateçilərimiz Slovakiyada Qran-Pri turnirində iştirak edəcəklər

Yeniyetmə, gənclər və böyüklərdən ibarət milli komandamızın üzvləri martın 26-27-də Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək 42-ci Qran-Pri turnirində iştirak edəcəklər.

Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, qadınların baş məşqçisi Denis Morozov, yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyətdə 11 idmançı yer alıb.

Turnirdə 14-15 yaşlı yeniyetmələrin yarışında Veronika Qaşnikova (47 kq), 16-17 yaşlı qızlarda Aysu Əliyeva (53 kq), 21 yaşadək qızlar arasında Xumar Əlibəyova və Ayla Rzazadə (61 kq) mübarizə aparacaqlar. Fidan Teymurova, İnci Əzizova (50 kq), İlahə Qasımova, Mədinə Sadiqova (55 kq), Ayla Rzazadə, Renata Ərəbli (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68+ kq) isə qadınlar arasında turnirdə iştirak edəcəklər.

Beynəlxalq hakim Cahangir Babayev yarışları idarə edən referilər arasındadır.

Qeyd edək ki, mötəbər yarışa otuz ölkədən 1975 karateçi qatılacaq.