logo

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

14:55 25-02-2022 | icon 8211
Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

2022-ci il ərzində keçiriləcək imtahanların tarixləri Nazirlər Kabineti yanında Operativ Qərargahla razılaşdırılıb və hər hansı gözlənilməz dəyişiklik olmazsa, imtahanlar təqdim olunan qrafik əsasında keçiriləcək.

YeniAvropa xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə fevralın 25-də keçirilən mətbuat konfransında söyləyib.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə iştirakçılara yenə də iki dəfə cəhd etmək imkanının verilməsi nəzərdə tutulur. III qrup üzrə ilk imtahan mayın 21-də, II qrup üzrə mayın 22-də, I qrupa sənəd verən abituriyentlərin bir hissəsi iyunun 4-də, yerdə qalan hissəsi isə iyunun 5-dəa imtahan verəcək. İyunun 5-də IV qrup üzrə də imtahan keçiriləcək. II cəhd üzrə imtahanlar isə III qrup üzrə iyulun 6-da, II qrup üzrə iyulun 7-də, I qrup üzrə iyulun 20-21-də, IV qrup üzrə isə iyulun 21-də keçiriləcək. Cari və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər.