Builki “Oskar”ın namizədləri bəlli oldu
“Oskar” mükafatının builki namizədləri açıqlanıb. Namizədlərin siyahısı Amerika kinoakademiyasının saytında açıqlanıb.
“İlin ən yaxşı filmi” nominasiyası uğrunda 10 film mübarizə aparacaq: “Dune”, “Belfast”, “Don't Look Up”, “West Side Story”, “Coda”, “Power of the Dog”, “Licorice Pizza”, “Nightmare Alley”, “King Richard” və yapon filmi “Drive My Car”.
“Ən yaxşı rejissor” adı uğrunda Kennet Brana, Ryusuke Hamaquti, Pol Tomas Anderson, Ceyn Kempion və Stiven Spilberq mübarizə aparacaqlar.
“Ən yaxşı aktrisa” adına Nikol Kidman, Oliviya Kolman, Penelopa Krus, Cessika Çesteyn və Kristen Stüart iddalıdır.
“İkinci planda ən yaxşı aktrisa” nominasiyası uğrunda Ariana DeBos, Kristen Danst, Oncanyu Ellis, Cessi Bakli və Cudi Denç mübarizə aparacaq.
“Ən yaxşı aktyor” nominasiyasına Havyer Bardem, Benedikt Kamberbetç, Endryu Qarfild, Uill Smit və Denzel Vaşinqton namizəd göstəriliblər.
“İkinci planda ən yaxşı aktyor” mükafatına isə Kiaran Haynds, Troy Kotsur, Cessi Plemons, Conatan Kimbl Simmons və Kodi Smit-Makfi iddialıdır.
“Xarici dildə ən yaxşı film” mükafatına “Drive My Car”, “Flee”, “The Hand of God”, “Lunana: A Yak in the Classroom”, “The Worst Person in the World” namizəd göstərilib.
“Tammetrajlı animasiya filmi” kateqoriyasına “Luka”, “Flee” və “Encanto”, “The Mitchells vs. the Machines”, “Raya and the Last Dragon” filmləri daxildir.
Qeyd edək ki, 94-cü mükafatlandırma mərasimi martın 27-də Los-Ancelesdə keçiriləcək.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq