logo

Saiyanda naqili təmir edən montyoru "tok" vurub öldürdü

09:49 28-01-2022 | icon 1372
Saiyanda naqili təmir edən montyoru "tok" vurub öldürdü

Yanvarın 27-si saat 13 radələrində Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Namus Miriyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat verilib.

Salyan rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla “Azərişıq” ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin Salyan elektrik şəbəkəsinin Qaraçala şəbəkə sahəsində elektrik montyoru işləyən Namus Miriyevin rayonun 1-ci Varlı kəndində elektrik naqilini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən olunub.

Hazırda faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.