logo

Bakıda keçiriləcək dünya kubokunda 14 ölkədən 63 gimnast iştirak edəcək

12:11 26-01-2022 | icon 2485
Bakıda keçiriləcək dünya kubokunda 14 ölkədən 63 gimnast iştirak edəcək

Fevralın 12-13-də Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə  Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Bildirilib ki, 2022-ci ildə federasiyanın keçirəcəyi ilk beynəlxalq yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir.

Yarışlar “İdman TV” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Turnirdə ölkəmizi Selcan Maqsudova təmsil edəcək.