logo

"Neftçi" braziliyalı futbolçunu transfer etdi

18:10 21-01-2022 | icon 2849
"Neftçi" braziliyalı futbolçunu transfer etdi

"Neftçi" braziliyalı futbolçu Gilyerme Patonun transferini açıqlayıb.

 

YeniAvropa xəbər verir ki, paytaxt klubu bununla bağlı sosial şəbəkə hesablarında video paylaşıb.

21 yaşlı cinah yarımmüdafiəçisi ilə 2,5 illik müqavilə imzalanb. Gənc vinger yeni komandasında 77 nömrəli formanı geyinəcək.

"İnternasional"ın yetirməsi olan Gilyerme Pato 2020/2021 mövsümündə icarə əsasında "Ponte Preta"da, 2021-ci ilin ikinci yarısında isə "Kuyaba"da çıxış edib.

 

Qeyd edək ki, "Neftçi" bundan əvvəl müdafiəçi Azər Salahlı və yarımmüdafiəçi Eddi İsrafilovu transfer edib.