logo

Lukaşenko Belarusda referendum keçirilməsinə razılıq verdi

09:09 21-01-2022 | icon 2737
Lukaşenko Belarusda referendum keçirilməsinə razılıq verdi

Belarus prezidenti Aleksandr Lukaşenko yanvarın 20-də “Respublika referendumunun təyin edilməsi haqqında” fərman imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə "BELTA" agentliyi məlumat yayıb.

Sənədə əsasən, Belarus Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə respublika referendumu 2022-ci il fevralın 27-nə təyin edilib.

Fərmanda referenduma çıxarılan və səsvermə bülletenində əks olunan sualın mətni müəyyən edilir: “Belarus Respublikasının Konstitusiyasına əlavə və dəyişiklikləri qəbul edirsinizmi?”.

Qeyd edək ki, referendumla ölkənin konstitusiya quruluşrna dəyişik ediləcək. Belə ki, Belarus Xalq Məclisi(parlament) ölkənin ali hakimiyyət orqanı statusu alacaq. Amma bu, A.Lukoşenkonun eyni zamanda həm parlament sədri, həm də ölkə prezidenti olması imkanlarını məhdudlaşdırmayacaq.

Digər dəyişiklik prezidentlik müddəti ilə bağlıdır.Sənədə əsasən prezident indiki kimi 2035-ci ilədək yox, iki dəfədən artıq bu vəzifəyə seçilə bilməyəcək.

Üçüncü əsas dəyişiklik isə ölkə prezidentinin qərarlarına görə cəzalandırılmasına qoyilan qadağanın aradan qaldırılmasıdır. 

Xatırladaq ki,  67 yaşlı Aleksandr Lukaşenko ölkənin 1-ci prezidentidir və 23 iyul 1994-cü ildən indiyədək prezident vəzifəsini daşıyır.