logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 723 min nəfəri ötür

18:48 20-01-2022 | icon 2541
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 723 min nəfəri ötür

Yanvarın 20-də Azərbaycanda 26 min 784 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 619, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 651, “buster” doza ilə peyvənd olunanların sayı isə 21 min 514 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 756 min 566, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 208 min 739, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 723 min 586 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 824 min 241 nəfər təşkil edir.