logo

Ərdoğan da Zelenski ilə görüşmək üçün Kiyevə gedir

10:51 19-01-2022 | icon 3241
Ərdoğan da Zelenski ilə görüşmək üçün Kiyevə gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın həftələrdə Ukraynaya səfər edəcək.

YeniAvropa  "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə liderinin sözçüsü İbrahim Kalın məlumat verib.

Prezident Rəcəb Tayyib Ərdoğanın həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə telefonla danışdığını bildirən İbrahim Kalın daha sonra deyib: “Ərdoğan, hətta istəyərlərsə, hər ikisini Türkiyəyə gəlməyə, aralarındakı problemləri və fikir ayrılıqlarını çozmək üçün bir toplantı keçirməyə dəvət etdi. Türkiyə Rusiya ilə Ukrayna arasındakı gərginliyi azaltmaq üçün oynaya biləcəyi hər cür rolu oynamağa hazırdır. Bunu həm Rusiyanın və Ukraynanın dostu, həm də NATO müttəfiqi olaraq edirik”.

Onun sözlərinə görə, Türkiyə nəticələri ağır və geriyə dönüşü olmayan hər cür hərbi addımlardan yayınmaq üçün Rusiya ilə yaxın əlaqə saxlayacaq.