logo

Neft Fondu ötən il dövlət büdcəsinə 11,3 milyard manat transfert edib

19:52 18-01-2022 | icon 2786
Neft Fondu ötən il dövlət büdcəsinə 11,3 milyard manat transfert edib

Ötən il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun(ARDNF) 2021-ci il büdcəsinin icrası çərçivəsində 11 milyard 350 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-dən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, 2021-ci il ərzində fondun büdcə gəlirləri 15 milyard 985,6 milyon manat, büdcə xərcləri isə 11 382,7 milyon manat təşkil edib.