logo

İbrahim Rəisi Moskvada Vladimir Putinlə göüşəcək

18:11 16-01-2022 | icon 1813
İbrahim Rəisi Moskvada Vladimir Putinlə göüşəcək

İran İslam Respublikasının prezidenti İbrahim Rəisi Rusiya prezidenti Vladimir Putin ilə danışıqlar aparmaq üçün Moskvaya səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalı məlumat yayıb.

Bildirilib ki, danışıqlar gələn həftə Moskvada baş tutacaq.

"Bu , 2021-ci ilin iyun ayında prezident seçildikdən sonra İbrahim Rəisinin  Rusiyaya ilk rəsmi səfəri olacaq. Beynəlxalq münasibətlərin belə gərgin olduğu bir zamanda bu görüş mühüm əhəmiyyət kəsb edir",-deyə məlumatda bildirilib.