Prezident İlham Əliyev Ukrayna prezidenti Volodimir Zelenskini Azərbaycana səfərə dəvət edib.
YeniAvropa xəbər verir ki, dövlət başçısı dəvətini yanvarın 14-də Kiyevdə V.Zelenski ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən çatdırıb.
“Fürsətdən istifadə edərək sizi Bakıya səfərə dəvət edirəm”, - deyə Azərbaycan prezidenti bildirib.
Qeyd edək ki, prezident İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində bu gün Kiyevdə ikitərəfli əməkdaşlığa dair 6 sənəd imzalanıb.