logo

Nəsimi rayonunda beşmərtəbəli yaşayış binası yanır

19:50 31-12-2021 | icon 6804
Nəsimi rayonunda beşmərtəbəli yaşayış binası yanır

Fövqəladə Hallar Nazirliyi (FHN) dekabrın 31-də Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində beşmərtəbəli yaşayış binasında  baş vermiş yanğınla bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub. 

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.