logo

Xüsusi təhsil müəssisələrinin müəllimləri 1250 manat maaş alacaq

20:10 17-12-2021 | icon 6587
Xüsusi təhsil müəssisələrinin müəllimləri 1250 manat maaş alacaq

Xüsusi təhsil müəssisələrində işləyən müəllimlər 1200-1250 manat əməkhaqqı alacaq.

YeniAvropa xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşkil edilən canlı yayımda deyib. O bildirib ki, Azərbaycan dövlət ümumi təhsil müəssisələrində 150 minə yaxın müəllim işləyir. Bu müəllimlərin 82 faizi ali təhsilli müəllimlərdir.

Xatırladaq ki, prezident İlham Əliyev dekabrın 17-də “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar imzalayıb.