logo

Daha bir ölkə Pekin Qış Olimpiadasını diplomatik boykot etdi

12:52 08-12-2021 | icon 2975
Daha bir ölkə Pekin Qış Olimpiadasını diplomatik boykot etdi

ABŞ-ın ardından Avstraliya da 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunları ilə bağlı diplomatik boykot elan edib.

YeniAvropa "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Skott Morrison açıqlamasında bildirib.

Qərar Avstraliyanın Çinlə diplomatik kanalları yenidən açmaq cəhdlərindən sonra verilib. Hökumət başçısının sözlərinə görə, Pekin Kanberranın verdiyi bir sıra suallara, o cümlədən, insan haqlarının pozulması ilə bağlı iddialara cavab verməyib.

Avstraliya Olimpiya Komitəsi boykotun idmançıların Olimpiadaya hazırlığına təsir etməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Pekində  Qış Olimpiya Oyunları gələn il 4 - 20 fevral tarixlərində keçiriləcək.