logo

Bakıdan Naxçıvana uçan "AZAL"ın təyyarısi yarı yoldan  geri qayıtdı

22:03 30-11-2021 | icon 1547
Bakıdan Naxçıvana uçan "AZAL"ın təyyarısi yarı yoldan  geri qayıtdı

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən “Azərbaycan Hava Yolları”ın (AZAL) J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.

"AZAL"dan YeniAvropa-ya verilən məlumata görə, təyyarə saat 21:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

Qeyd edək ki, bu gün Naxçıvanı bürüyən güclü duman "AZAL"ın bu istiqamətdə həyata keçirdiyi reyslərinin gecikməsinə səbəb olub.