"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi müəyyənləşib.
YeniAvropa xəbər verir ki, bu mükafata Fransanın “Paris Sen-Jermen” klubunun hücumçusu Lionel Messi layiq görülüb. Argentinalı futbolçu 7-ci dəfə "Qızıl top"a sahib olub.
"Bavariya"nın polşalı forvardı Robert Levandovski 2-ci,"Çelsi"nin italiyalı yarımmüdafiəçisi Jorjinyo 3-cü yeri tutub. "Mançester Yunayted"də çıxış edən Kriştianu Ronaldo isə 6-cı olub.
Qeyd edək ki, Lionel Messi daha əvvəl 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə "Qızıl top" mükafatını qazanıb.
Xatırladaq ki, argentinalı ulduz futbolçu bununla da keçmiş SSRİ yığmasının mərhum qapıçısı Lev Yaşini geridə qoyub.
Belə li, Lev Yaşin 1963-cü ildə 34 yaş 56 günündə "Qızıl top"u qazanmışdısa, L.Messi isə 34 yaş 158-ci günündə nüfuzlu mükafata sahib çıxıb. Beləliklə, təcrübəli forvard "Qızıl top"u qazanan ikinci ən yaşlı futbolçu olub.
Qeyd edək ki, mükafatın ən yaşlı sahibi hələlik ingiltərəli Stenli Metyuzdur. Hücumçu 41 yaş 321 günündə bunu bacarıb. O, həm də, "Qızıl Top"u qazanan ilk oyunçudur.