Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Bakı vaxtı ilə saat 21:00-da Bakı Olimpiya Stadionunda Azərbaycan və Lüksemburq komandaları qarşılaşacaq.
YeniAvropa xəbər verir ki, “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Manuel Şüttenqruber olacaq. Ona Roland Brandner və Robert Ştaynaxer kömək edəcək. Dördüncü hakim funksiyasını Yulian Vaynberger yerinə yetirəcək.
Oyunun VAR hakimi Harald Lexner, onun köməkçisi Sebastyan Gişamer olacaq. Artıq komandaların start heyətləri açıqlanıb.
Azərbaycan millisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Emin Mahmudov, Mahir Emreli, Ramil Şeydayev, Tellur Mütəllimov, Anton Krivotsyuk və Filip Ozobiç yer alıb.
Lüksemburq heyətində isə Ralf Şon, Maksim Şano, Kristofer Martins, Danel Sinani, Jerson Rodrigeş, İvandro Borges, Dirk Karlson, Olivye Til, Leandro Barreyro, Mika Pinto və Loran Yans çıxacaq.
Millimizin yer aldığı A qrupunda Serbiya millisi 17 xalla birinci pillədə qərarlaşıb. Portuqaliya (16 xal) və Lüksemburq (6 xal) ilk üçlükdə yer alıblar. İrlandiya 5 xalla dördüncü, Azərbaycan isə 1 xalla qrupda sonuncudur.