logo

COVİD-19-a görə İstanbuldakı boks üzrə dünya çempionatı təxirə salındı

22:30 10-11-2021 | icon 3052
COVİD-19-a görə İstanbuldakı boks üzrə dünya çempionatı təxirə salındı

Dekabrın 6-dan 19-dək Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılan qadınlar arasında boks üzrə dünya çempionatı 2022-ci ilə təxirə salınıb.

 YeniAvropa  Beynəlxalq Boks Federasiyasının (AIBA) rəsmi saytına istinadən xəbər verir ki, bu qərar ölkədəki epidemioloji vəziyyətlə əlaqədar qəbul olunub.

AIBA prezidenti Umar Kremlyov bildirib ki, təşkilatçılar üçün yarış iştirakçılarının sağlamlığı birinci yerdə durur: "Biz bilirik ki, bəzi komandalar artıq dünya çempionatına hazırlığa başlayıblar və bu qərardan məyus olacaqlar. Bununla belə, idmançılarımızın, rəsmilərin və digər maraqlı tərəflərin təhlükəsizliyi və rifahı prioritet məsələdir. Ona görə də risk edə bilmərik".