UEFA Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasına texniki məğlubiyyət verib.
YeniAvropa xəbər verir ki, buna səbəb komanda üzvlərindən bir neçəsinin koronavirusa yoluxmasına görə millinin Avropa çempionatının seçmə mərhələsinin 3 oyununda meydana çıxa bilməməsidir .
Qeyd edək ki, 3-cü qrupda yer alan millinin heyətində Həmzəalı Mikayılov ("Sabah”), Adəm Topalov ("Səbail”) və İbrahim Ağayarovun COVID-19 testi müsbət çıxdığından komanda Norveç, Belçika və Lüksemburqla matçlarda iştirak edə bilməyib.