AFFA paytaxt "Keşlə"sini "Şamaxı"ya çevirib rayona göndərdi
Şamaxı şəhər stadionunun istismarı ilə əlaqədar AFFA və "Keşlə" klubu arasında müzakirə aparılıb.
"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, bölgələrdə futbolun inkişafına dəstək, sadionun səmərəli və müntəzəm istismarı, azarkeş marağının artırılması məqsədilə "Keşlə"yə "Şamaxı" adı altında eyniadlı şəhəri təmsil etməsi təklif olunub.
Bununla əlaqədar klubun Müşahidə Şurasının iclası keçirilib və AFFA-nın təklifi müzakirə olunaraq müsbət dəyərləndirilib. Məsələ ilə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə "Keşlə"nin adının dəyişdirilərək "Şamaxı" futbol klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb.
"Şamaxı" FK-nın "Keşlə" Futbol Klubunun hüquqi varisi hesab olunması üçün AFFA və "Keşlə" FK tərəfindən müvafiq qaydada UEFA-ya müraciət olunacaq və yalnız bu məsələ müsbət həllini tapdıqdan sonra müvafiq dəyişikliklər həyata keçiriləcək. "Keşlə"nin aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, 2 200 azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA ilə AFFA-nın maliyyə dəstəyi əsasında inşa edilib və UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq. UEFA klub yarışlarının I, II və III təsnifat mərhələsinin, eyni zamanda, A milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər. Stadionun 2021-ci il noyabrın 1-də keçirilən açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib.
Xatırladaq ki, 1997-ci ildə yaranan "Xəzər Universiteti" futbol komandası 2004-cü ildə "İnter-Bakı" Peşəkar Futbol Klubuna, 2017-ci ildən isə "Keşlə" adı altında fəaliyyət görtərib.
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır