logo

Göyçayın 38 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib

12:35 03-06-2018 | icon 3402
Göyçayın 38 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib

Göyçay çayına gələn güclü sel avtomobil və piyada körpülərini dağıtmaqla yanaşı, təsərrüfatın ayrı-ayrı sahələrinə də ciddi ziyan vurub.

YeniAvropa xəbər verir  ki, bu haqda Göyçay rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri İkram Vəliyev məlumat verib. Onun sözlərinə görə, sel suları çayın kənarındakı torpaq qatını yuyaraq elektrik və rabitə dirəklərini aşırıb, naqilləri, o cümlədən internet kabelini qırıb, çayın üzərindən keçən təbii qaz və içməli su kəmərini dağıdaraq yararsız hala salıb. “Göyçay şəhərinin bir hissəsinə və kəndlərə qazın verilişi dayanıb, fiberoptik kabel xətti, beynəlxalq telefon xətti qırılıb, 8 kəndin rabitə əlaqəsi kəsilib. Gecədən səhərədək ərazidə “Aztelekom” İstehsalat Birliyinin 4 briqadası çalışaraq rabitə və internet sistemində olan problemləri aradan qaldırıblar. Hazırda qaz xəttinin bərpası üçün işlər görülür. Sel suları uzunluğu 76 metr, eni 11,5 metr olan avtomobil körpüsünü dağıtmaqla Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkətinin tamamilə dayanmasına səbəb olub. Həmçinin Göyçay çayının sol sahilində yerləşən şəhərin böyük bir hissəsində, eləcə də 38 kənddə yaşayan insanların rayon mərkəzi ilə əlaqəsi kəsilib”, - deyə komissiya sədri bildirib