Bodibildinq üzrə Azərbaycan milli komandası İspaniyanın Santa-Susanna şəhərində keçirilən dünya çempionatında 3 medal qazanıb.
YeniAvropa xəbər verir ki, çempionatda açıq “Muscular Men's Physique” kareqoriyasında çıxış edən Rasim Həsənov gümüş medala sahib olub.
“Men's Physique” kateqoriyasında hündürlüyü 179 santimetrədək olan idmançıların yarışında təmsilçimiz Əli Qurbanlı üçüncü yeri tutub.
Bodibildinq yarışlarında 100 kiloqram çəki dərəcəsində çıxış edən Fuad Quluzadə isə dünya çempionatının bürünc medalına sahib olub.