Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatına yekun vurulub.
YeniAvropa xəbər verir ki, çempionatın sonuncu günündə - noyabrın 7-də sərbəst güləşçimiz Osman Nurməhəmmədov (92 kq) final görüşünə çıxıb. Rusiyalı rəqibi Azamat Zakuyevi məğlub edən güləşçimiz dünya çempionu olub.
Mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan O.Nurməhəmmədov Moldova güləşçisi üzərində inamlı qələbə qazanıb. Millimizin üzvü Almaniya idmançısına da heç bir şans tanımayıb. Yarımfinalda İran pəhləvanından da güclü olan O.Nurməhəmmədov adını finala yazdırıb.
Qeyd edək ki, digər sərbəst güləşçilərimizdən Əliabbas Rzazadə (57 kq) qızıl, Zirəddin Bayramov (65 kq) isə bürünc medala sahib olublar.