logo

Bakı "Böyük dəbilqə"sində daha bir cüdoçumuz bürünc medal qazanıb

21:12 07-11-2021 | icon 3178
Bakı "Böyük dəbilqə"sində daha bir cüdoçumuz bürünc medal qazanıb

Bakıda keçirilən cüdo üzrə "Böyük dəbilqə" turnirinin üçüncü günündə Azərbaycan cüdoçusu Uşangi Kokauri bürünc medala sahib olub.

YeniAvropa xəbər verir ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən cüdoçumuz bürünc medal uğrunda görüşdə almaniyalı Sven Heyni məğlub edib.

Qeyd edək ki, bu gün daha bir cüdoçumuz medal qazanıb. Belə ki, Məhəmməd Mehdiyev (90 kq) gümüş medala layiq görülüb.

Turnirin birinci və ikinci günlərində təmsilçilərimiz Orxan Səfərov (66 kq) qızıl, İçinxorloo Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq), Hidayət Heydərov (73 kq) və Elcan Hacıyev (81 kq) isə bürünc medal qazanıblar.

Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan turnirdə iyirmi doqquz ölkədən 200-ə yaxın cüdoçu iştirak edir. Azərbaycan yarışda 33 cüdoçu ilə təmsil olunur.