logo

Məmmədəli Mehdiyev  Bakı "Böyük dəbilqə"sində gümüş medal qazanıb

14:41 07-11-2021 | icon 2947
Məmmədəli Mehdiyev  Bakı "Böyük dəbilqə"sində gümüş medal qazanıb

Bakıda keçirilən cüdo üzrə "Böyük dəbilqə" turnirində Azərbaycan idmançısı Məmmədəli Mehdiyev gümüş medal qazanıb.

YeniAvropa xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız ardıcıl olaraq Con Jayne (ABŞ), Goki Tajima (Yaponiya) və Luka Maysuradzeyə (Gürcüstan) qalib gəlsə də, qızıl medal uğrunda görüşdə Kosuke Maşiyamaya uduzaraq ikinci yerlə kifayətlənib.

Xatırladaq ki, turnirin birinci və ikinci günlərində təmsilçilərimiz Orxan Səfərov (66 kq) qızıl, İçinxorloo Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq), Hidayət Heydərov (73 kq) və Elcan Hacıyev (81 kq) isə bürünc medala sahib olublar.

Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan turnirdə iyirmi doqquz ölkədən 200-ə yaxın cüdoçu iştirak edir. Azərbaycan yarışda 33 cüdoçu ilə təmsil olunur.