logo

Bakı "Böyük dəbilqə"sində bu gün 9 cüdoçumuz mübarizəyə başlayır

12:55 07-11-2021 | icon 2968
Bakı "Böyük dəbilqə"sində bu gün 9 cüdoçumuz mübarizəyə başlayır

Bakıda cüdo üzrə keçirilən "Böyük dəbilqə" turnirinin son günündə - noyabrın 7-də Azərbaycanın 9 cüdoçusu mübarizəyə başlayır.

 YeniAvropa xəbər verir ki, bu gün 90 kiloqram çəki dərəcəsində Rüfət İsmayılov böyük britaniyalı Jamal Petqrave ilə on altıdabir finalda, Vüqar Talıbov serbiyalı Nemanya Maydov (Serbiya), Məmmədəli Mehdiyev Tengiz Batsayxan (Monqolustan) -Con Jayne (ABŞ) cütünün qalibi ilə səkkizdəbir finalda qarşılaşacaqlar.

Səkkizdəbir finalda 100 kiloqram çəki dərəcəsində Adil Kərimli kanadalı Yan Rayder, Kənan Abdullaxanlı gürcüstanlı Onise Seneblidze, Ruslan Nəsirli xorvatiyalı Zlatko Kumriç ilə üz-üzə gələcəklər.

Yüz kiloqramdan yuxarı çəki dərəcəsində isə səkkizdəbir finalda Hüseyn Məmmədov braziliyalı Tyaqo Palmini, dörddəbir finalda Uşangi Kokauri komandamızın üzvü Camal Feyziyev - Tatsuru Sayto (Yaponiya) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, turnirin birinci və ikinci günlərində təmsilçilərimiz Orxan Səfərov (66 kq) qızıl, İçinxorloo Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq), Hidayət Heydərov (73 kq), Elcan Hacıyev (81 kq) bürünc medal qazanıblar.

Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan “Böyük dəbilqə” turnirində iyirmi doqquz ölkədən 200-ə yaxın cüdoçu iştirak edir. Azərbaycan yarışda geniş heyətlə - 33 cüdoçu ilə təmsil olunur.