Bakıda cüdo üzrə "Böyük dəbilqə" turnirində komandamız daha bir medal qazanıb.
YeniAvropa xəbər verir ki, Azərbaycanın qadın cüdoçusu İçinxorloo Muntsxedev (57 kq) gümüş medal qazanıb. Belə ki, cüdoçumuz əvvəlcə Rafaela Silva (Braziliya), daha sonra Mina Lieberini (Belçika) məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə o, Pauline Starke (Almaniya) üzərində qələbə qazansa da, finalda Momo Tamaokiyə (Yaponiya) məğlub olaraq ikinci yerlə kifayətlənib.
Qeyd edək ki, bundan əvvəl təmsilçilərimiz Orxan Səfərov (66 kq) qızıl, Rövşən Əliyev (60 kq) isə bürünc medal qazanıb. Azərbaycan "Böyük dəbilqə" turnirində 33 idmançı ilə təmsil olunur.