Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov bu gün Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında final görüşünə çıxıb.
YeniAvropa xəbər verir ki, 67 kq-da mübarizə aparan güləşçimiz İran təmsilçisi Məhəmməd Cavad Rezayi ilə qarşılaşıb.
Rəqibinə 3:2 hesabı ilə qalib gələn Həsrət Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, Həsrət Cəfərov bu ilin avqustunda Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında, eləcə də sentyabrda Kazanda keçirilən I MDB Oyunlarında qızıl medal qazanıb.