Moskva Əliyevlə Ərdoğanın irəli sürdüyü “3+3” formatını dəstəkləyir
Rusiya Xarici İşlər Nazirliyi 2020-ci il noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən Qarabağ nizamlanması üzrə üçtərəfli Bəyanatın imzalanmasının ildönümü ərəfəsində şərhlə çıxış edəcək.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün Moskvada keçirdiyi brifinqdə bildirib.
“Biz planlaşdırırıq ki, ətraflı şərhi gələn həftə, üçtərəfli Bəyanatın qəbulundan bir il keçdiyi zaman verək. İndi sizə deyə bilərəm ki, bütün istiqamətlərdə işlər davam edir. Münaqişə zonasında tam atəşkəs və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üç ölkənin liderləri tərəfindən qəbul edilmiş Bəyanatın yaxınlaşan ildönümü Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistandan olan həmkarı ilə noyabrın 1-də, Azərbaycandan olan həmkarı ilə noyabrın 2-də telefon danışığı zamanı müzakirə edilib. Nazirlər son bir ildə regionda vəziyyətin sabitləşməsi, ümumilikdə atəşkəs rejiminə əməl olunması barədə vahid fikir ifadə ediblər. Bakıda və İrəvanda Rusiya sülhməramlılarının rolu yüksək qiymətləndirilir. Ayrı-ayrı insidentlər hər iki tərəfin qarşılıqlı əlaqə kanalları vasitəsilə həll edilir. Nəqliyyat əlaqələrinin açılması üçün də səylər göstərilir. Bildiyiniz kimi, oktyabrın 20-də Moskvada ölkələrimizin Baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun 8-ci iclası keçirilib. Bu barədə son brifinqdə ətraflı məlumat vermişəm.
Sərhəd insidentlərinin aradan qaldırılması məqsədilə hər üç ölkənin Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, sərhəd xidmətlərinin xətti ilə təmaslar davam edir. Biz problemin kompleks həllini həm də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinin tezliklə başlanmasında və sonradan demarkasiyasında görürük. Əlbəttə ki, ATƏT-in Minsk qrupu xətti ilə fəal iş aparılır, onun həmsədrləri bu barədə mütəmadi olaraq müvafiq press-relizlərdə məlumat verirlər”, - deyə M.Zaxarova qeyd edib.
M.Zaxarova Azərbaycan və Türkiyə prezidentlərinin təklif etdiyi “3+3” formatının həyata keçirilməsi perspektivlərindən də danışıb: “Biz Azərbaycan və Türkiyə prezidentlərinin irəli sürdüyü “3+3” adlandırılan konsultativ regional mexanizmin yaradılması ideyasını dəstəkləyirik. Söhbət Cənubi Qafqaz ölkələrindən və onların qonşularından gedir, bunlar Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, Türkiyə və İrandır. Vurğulamaq istərdim ki, bu planların praktiki həyata keçirilməsinin vaxtı çatıb. Çoxtərəfli regional əməkdaşlığın inkişafı bu formatın bütün potensial iştirakçılarının maraqlarına cavab verir. Fikrimizcə, onun işə salınması dövlətlərarası münasibətlərdə etimadın artmasına, mövcud ziddiyyətlərin tənzimlənməsinə, regionun iqtisadi və nəqliyyat potensialının üzə çıxarılmasına kömək edərdi. Suallar çoxdur. Format həm köhnə problemlərin həlli yollarını, həm də yeni çağırışlar üçün həll yolları təklif edə bilər və etməlidir”, - deyə Rusiya XİN-nin rəsmi nümayəndəsi bildirib.
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar