logo

8 cüdoçumuz Avropa çempionatına yollanıb

21:52 02-11-2021 | icon 2688
8 cüdoçumuz Avropa çempionatına yollanıb

Noyabrın 5-də Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək cüdoçular arasında start götürəcək Avropa çempionatında Azərbaycan komandası 8 idmançı ilə təmsil olunacaq.

Federasiyadan YeniAvropa-ya verilən məlumata görə, yarışda kişilər arasında Elçin Hüseynov (66 kq), Zelim Tckayev, Məhərrəm İmamverdiyev (81 kq), İmran Yusifov (+100 kq) mübarizə aparacaqlar. Qadınların yarışında isə Aydan Vəliyeva, Ramilə Əliyeva (48 kq), Səbinə Əliyeva (52 kq) və Nərgiz Hacıyeva (63 kq) bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, noyabrın 7-dək davam edəcək Avropa çempionatında 38 ölkədən 307 (175 kişi, 132 qadın) cüdoçu mübarizə aparacaq