Erməni snayperi Qarabağda əsgərimizi şəhid etdi
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.
Nazirliyin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir!
Bu terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilib.
Minskdə Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda Ermənistanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribatdır. Bu hal, eyni zamanda, Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının icrasına əngəl yaratmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin növbəti sübutudur.
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcək.
UEFA Konfrans Liqasında ilk finalçı bəlli olub
Nikol Paşinyan Moskvada Aİİ-nin yubiley sammitində iştirak edib
Rusiyanın Böyük Britaniyadakı hərbi attaşesi ölkədən qovulub
Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina etdi
Bolqarıstan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Rəcəb Tayyib Ərdoğan COP29-da iştiraka dəvət edilib
Ankarada Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirilib
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir
Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimad əlaqələri birləşdirir-Rumen Radev
Xüsusi təyinatlılarımız Türkiyədə beynəlxalq təlimlərdə iştirak edirlər
Azərbaycan ötən il Bolqarıstana 1,2 milyard m3 qaz ixrac edib
Ankarada Əli Əsədovla Cevdet Yılmazın təkbətək görüş keçirilib
İlham Əliyevlə Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycanla Bolqarıstan arasında 4 sənəd imzalanıb
Sabah Bakıda 24° isti olacaq,bölgələrdə şimşək çaxacaq,dolu düşəcək,qar yağacaq
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Bakıda ICESCO-nun nazirlər konfransı keçiriləcək
İlham Əliyevin Rumen Radevlə təkbətək görüşü olub
Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək
UEFA Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək
Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib
“Eurovision-2024” təmsilçilərimiz mübarizəni yarımfinalda dayandırıblar
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb