logo

Paytaxtda 3-cü mikrorayon bazarının qarşısındakı yol bağlandı

09:53 13-10-2021 | icon 784
Paytaxtda 3-cü mikrorayon bazarının qarşısındakı yol bağlandı

Oktyabrın 13-dən 16-dək paytaxtın Nəsimi rayonu ərazisindəki Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsindən Xutor dairəsinədək olan istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar yan yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən açıqlama verilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.