logo

Koronavirusa yoluxan Mahir Emreli Serbiya ilə oyunda iştirak etməyəcək

09:32 12-10-2021 | icon 3689
Koronavirusa yoluxan Mahir Emreli Serbiya ilə oyunda iştirak etməyəcək

Futbol üzrə Azərbaycan millisi Serbiyaya qarşı keçirəcəyi dünya çempionatının seçmə oyunundan əvvəl itki ilə üzləşib.

YeniAvropa AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Mahir Emrelinin koronavirus testi pozitiv çıxıb. UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, 24 yaşlı hücumçu Serbiya ilə qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, bu gün Belqradda keçiriləcək Serbiya-Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.