Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan və İrlandiya milli komandaları qarşılaşacaqlar.
YeniAvropa xəbər verir ki, saat 20:00-da başlayacaq oyun “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Espen Eskas olacaq. Ona Kim Thomas Haglund və Oystein Ytterland kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kai Erik Steen yerinə yetirəcək.
Matçın VAR hakimi Abdulkadir Bitigen, köməkçi hakim isə Ali Palabıyık (hər ikisi Türkiyə) olacaq.
Millimizin yer aldığı A qrupunda Portuqaliya millisi 13 xalla birinci, Serbiya seçməsi 11 xalla ikinci, Lüksemburq 6 xalla üçüncü pillədə qərarlaşıb. İrlandiya seçməsi 2 xalla dördüncü, hesabında 1 xal olan millimiz isə sonuncu pillədə yer alıb.