Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Oslodakı dünya çempionatında final görüşünə çıxıb.
YeniAvropa xəbər verir ki, 82 kq çəki dərəcəsində çıxış edən idmançımız türkiyəli Burhan Akbudakla qüvvəsini sınayıb.
Rəqibinə 2:1 hesabı ilə qalib gələn Rafiq Hüseynov karyerasında ilk dəfə dünya çempionu olub.
Xatırladaq ki, Rafiq Hüseynov iki ay əvvəl "Tokio-2020" Yay Olimpiya Oyunlarında bürünc medal qazanmıdı.