Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İrlandiya oyununu idarə edəcək hakimlər müəyyənləşib.
YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, matçı norveçli hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Espen Eskas olacaq. Ona Kim Tomas Haqlund və Oystein Ytterland kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kai Erik Steen yerinə yetirəcək.
Qarşılaşmanın VAR hakimi türkiyəli Abdulkadir Bitigen, onun köməkçisi isə Ali Palabıyık olacaq.
Qeyd edək ki, Azərbaycan-İrlandiya matçı oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək.