Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.
YeniAvropa xəbər verir ki, çempionatın altıncı günündə - oktyabrın 7-də 55, 72, 77 və 82 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri xalçaya çıxacaqlar.
Millimizin 4 üzvü mübarizəyə qoşulacaq. Belə ki, Eldəniz Əzizli (55 kq) ukraynalı Koriun Sahradian, Ülvü Qənizadə (72 kq) Almaniya təmsilçisi İdris İbayev, Sənan Süleymanov (77 kq) qırğızıstanlı Kayratbek Tuqolbayev, Rafiq Hüseynov (82 kq) isə Estoniya idmançısı Ranet Kaljola ilə qarşılaşacaq.
Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
Xatırladaq ki, dünya çempionatında sərbəst güləşçilərimizdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıblar. Qadın güləşçilər isə yarışı medalsız başa vurublar.