logo

Brilliant Dadaşovanın bacısı oğluna narkotikə görə 5 il həbs qərarı kəsildi

22:44 06-10-2021 | icon 3437
Brilliant Dadaşovanın bacısı oğluna narkotikə görə 5 il həbs qərarı kəsildi

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan 1973-cü il təvəllüdlü Mahmudov Zaur Arif oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. 

YeniAvropa xəbər verir ki, hökmə əsasən, Zaur Mahmudov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Onunla birlikdə saxlanılan və həbsdə olan Habil Əliyev isə 13 il müddətinə azadlıqdan məhrum edilib.  Zaur Mahmudov xalq artisti Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur.

Xatırladaq ki, Lalə Dadaşovanın bir oğlu da 2015-ci ildə xəstəlikdən vəfat edib.