logo

Yunan-Roma güləşçilərimizin dünya çempionatında rəqibləri bəlli oldu

19:16 06-10-2021 | icon 2898
Yunan-Roma güləşçilərimizin dünya çempionatında rəqibləri bəlli oldu

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

YeniAvropa xəbər verir ki,  mundialın sonuncu 4 günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.

Oktyabrın 6-da püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib. Belə ki, Eldəniz Əzizli (55 kq) ukraynalı Koriun Sahradian, Murad Məmmədov (60 kq) Kriştian Keçkemeti (Macarıstan), Taleh Məmmədov (63 kq) türkiyəli Mehmet Çeker, Həsrət Cəfərov (67 kq) ABŞ təmsilçisi Peyton Omaniya (ABŞ), Ülvü Qənizadə (72 kq) İdris İbayev (Almaniya), Sənan Süleymanov (77 kq) Qırğızıstan güləşçisi Kayratbek Tuqolbayev, Rafiq Hüseynov (82 kq) Ranet Kaljola (Estoniya), İslam Abbasov (87 kq) gürcüstanlı Laşa Qobadze, Murad Lokyayev (97 kq) İsveç idmançısı Pontus Lund, Beka Kandelaki (130 kq) isə çexiyalı Stepan David ilə qarşılaşacaq.

Qeyd edək ki, oktyabrın 7-də 55, 72, 77 və 82 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər xalçaya çıxacaqlar. Oktyabrın 8-də 60, 97 və 130, növbəti gün isə 63, 67 və 87 kiloqram çəki dərəcələrində yer alan pəhləvanlar mübarizəyə qoşulacaqlar.