FIFA referisi Rauf Cabarov təyinat alıb.
YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Kosovo – Çexiya qarşılaşmasının baş hakimi olacaq.
Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.
Qeyd edək ki, Kosovo – Çexiya matçı oktyabrın 7-də təşkil olunacaq.