logo

Teymur Rəcəbov dünya çempöonuna qalib gəldi

21:14 02-10-2021 | icon 3115
Teymur Rəcəbov dünya çempöonuna qalib gəldi

Oktyabrın 2-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin yeddinci turunun oyunları keçirilib.

 YeniAvropa xəbər verir ki, yeddinci turda Teymur Rəcəbov Maqnus Karlsenlə qarşılaşıb. Şahmatçımız dünya çempionuna 3:1 hesabı ilə qalib gəlib. Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə niderlandlı Aniş Girini 2,5:0,5 hesabı ilə məğlub edib.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.