logo

Güləşçimiz dünya çempionatında III yer uğrunda mübarizə aparacaq

20:20 02-10-2021 | icon 2996
Güləşçimiz dünya çempionatında III yer uğrunda mübarizə aparacaq

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

 YeniAvropa xəbər verir ki, mundialın ilk günündə sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Güləşçimiz Abubakr Abakarov (86 kq) almaniyalı Ahmed Dudarov, ukraynalı Məhəmməd Əliyev və Gürcüstan idmançısı Sandro Aminaşvilini məğlub edərək yarımfinala yüksəlib. Növbəti mərhələdə təmsilçimiz ABŞ idmançısı Deyvid Teylor ilə üz-üzə gəlib. Güləşçimiz son Olimpiya çempionuna məğlub olub. Bürünc medal uğrunda görüşdə təmsilçimiz Əhməd Aybuyev (Fransa) - Boris Makoyev (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

Millimizin üzvü Kənan Heybətov (61 kq) startda Ukrayna təmsilçisi Yaroslav Xurskiyə məğlub olub.

Çempionatda 74 kiloqram çəki dərəcəsində çıxış edən Coşqun Əzimov debütdə inamlı qələbə qazanıb. Həmyerlimiz Keniya güləşçisi Mathayo Mahabilanı cəmi 1 dəqiqə ərzində məğlub edib. Ancaq səkkizdəbir final mərhələsində belaruslu idmançı Azamat Nurikova sonuncu xal prinsipinə əsasən yenilib.

Bu çəki dərəcələrində medal qarşılaşmaları oktyabrın 3-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, oktyabrın 3-də 57, 65, 79 və 92, ayın 4-də isə 70 və 97 kiloqram çəki dərəcələrində çıxış edən pəhləvanlar mübarizəyə qoşulacaqlar.