logo

Güləşçilərimiz Osloda dünya çempionatında mübarizəyə başlayır

11:02 02-10-2021 | icon 3248
Güləşçilərimiz Osloda dünya çempionatında mübarizəyə başlayır

Oktyabrın 2-də Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı start götürür.

 YeniAvropa xəbər verir ki, mundialın ilk günlərində sərbəst güləş üzrə mübarizə baş tutacaq.

Yarışda ölkəmizi baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə 9 güləşçi təmsil edəcək.

Oktyabrın 1-də keçirilən püşkatma mərasimindən sonra pəhləvanlarımızın ilk rəqibləri müəyyənləşib. Belə ki, Əfqan Xaşalov (57 kq) Roberto Alexandro (Meksika), Kənan Heybətov (61 kq) Yaroslav Xurski (Ukrayna), Əli Rəhimzadə (65 kq) Yunsik Yun (Koreya Respublikası), Turan Bayramov (70 kq) Adam Batırov (Bəhreyn) / Zaur Əfəndiyev (Serbiya) cütünün qalibi ilə, Coşqun Əzimov (74 kq) Mathayo Mahabila (Keniya), Əşrəf Aşırov (79 kq) Axşarbek Qulayev (Slovakiya), Abubakr Abakarov (86 kq) almaniyalı Ahmed Dudarov, Osman Nurməhəmmədov (92 kq) Hindistan təmsilçisi Prutviraj Patil, İslam İlyasov (97 kq) belaruslu Aleksandr Xuştin ilə qarşılaşacaqlar.

Qeyd edək ki, oktyabrın 2-də 61, 74, 86 və 125 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər xalçaya çıxacaqlar. Oktyabrın 3-də 57, 65, 79 və 92, ayın 4-də isə 70 və 97 kiloqram çəki dərəcələrində yer alan pəhləvanlar mübarizəyə qoşulacaq. Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.