Parisdə oktyabrın 16-da start götürəcək cüdo üzrə “Böyük dəbilqə” turnirində iştirak edəcək Azərbaycan komandasının heyəti açıqlanıb.
YeniAvropa xəbər verir ki, turnirdə kişilərdən ibarət komandamız iştirak edəcək. Belə ki, Balabəy Ağayev (60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov (66 kq), Telman Vəliyev, Hidayət Heydərov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri (+100 kq) mükafatlar uğrunda mübarizə aparacaqlar.
Turnir iki gün davam edəcək.