logo

Yol polisi yollardakı tıxac və sıxlıqlarla bağlı sürücülərə müraciət etdi

17:57 28-09-2021 | icon 1470
Yol polisi yollardakı tıxac və sıxlıqlarla bağlı sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (DYP) yollarda yaranan tıxac və sıxlıqlarla bağlı sürücülərə müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli YeniAvropa-ya bildirilib ki, sentyabrın 29-dan etibarən təhsilin əyani formada tam başlanması ilə əlaqədar yollarda sıxlıqların və tıxacların daha da artmasının gözlənilir. 

“Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, ictimai məsuliyyəti artırsınlar, “Yol hərəkəti haqqında” qanuna ciddi riayət etsinlər. Nəzərə alsınlar ki, ən xırda inzibati xəta hesab olunan dayanma-durma kimi qaydaların pozulması, yolların hərəkət istiqamətinin zəbt olunması paytaxt ərazisində saatlarla davam edən sıxlıqlara, tıxaclara gətirib çıxarır. Bu cür hallara yol verməmək üçün hər bir vətəndaşımızdan ictimai məsuliyyəti artırmağı xahiş edirik. Nəzərə alsınlar ki, yol polis əməkdaşlarının sayı kifayət qədərdir. Bütün küçə və prospektlərdə onlar tıxacların, sıxlıqların qarşısını almaq üçün nizamlayıcı qismində gücləndirici qaydada fəaliyyət göstərirlər. Lakin yenə də vətəndaşlar tərəfindən ictimai məsuliyyət önəmlidir”,-deyə Araz Əsgərlivurğulayıb.