Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov bu gün “Champions Chess Tour”da mübarizəyə başlayır
Sentyabrın 25-də şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov “Champions Chess Tour”un final mərhələsində mübarizəyə start verəcəklər.
YeniAvropa xəbər verir ki, turnirdə şahmatçılarımızla yanaşı, dünya çempionu Maqnus Karlsen (Norveç), Aniş Giri (Hollandiya), Uesli So və Hikaru Nakamura (hər ikisi ABŞ), Yan Kşiştov Duda (Polşa), Vladislav Artemiyev ( Rusiya) və Maksim Vaşye-Laqrav (Fransa) Levon Aronyan (Ermənistan) da iştirak edirlər.
Birinci turda Ş.Məmmədyarov Uesli So, T.Rəcəbov Vladislav Artemiyev ilə qarşılaşacaqlar. Hər matçda dörd partiya oynanılacaq. Qalib müəyyənləşməzsə blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.