logo

Mərdəkanda narkotika əməliyyatı: 7 nəfər saxlanıldı

12:53 24-09-2021 | icon 1715
Mərdəkanda narkotika əməliyyatı: 7 nəfər saxlanıldı

Xəzər rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsinin və narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Mərdəkan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan yeddi nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə Mərdəkan qəsəbəsi sakini Məlik Əliyev tutularaq istintaqa təqdim edilib. Onun üzərindən 2 qrama yaxın heroin, yaşadığı evdən isə 13 kiloqram 452 qram marixuana aşkarlanıb. Məlik Əliyev bir müddətdir narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu və evindən aşkarlanan marixuananı əkdiyi çətənə kollarını qurudandan sonra əldə etdiyini bildirib.

Həyata keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha altı nəfər – Emil Abdullayev, Uruf Balayev, Kamal Əskərov, Elvin Mehtiyev, Bəxtiyar Əskərov və Valid Qurbanov da saxlanılaraq polis şöbəsinə gətiriliblər. Həmin şəxslərdə külli miqdarda heroin və metamfetamin aşkarlanıb. Saxlanılan şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Xəzər rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir. Həmin şəxslər tutularaq istintaqa cəlb olunublar. Narkotik vasitələrin Xəzər rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində rayon polis idarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.